“Pandemiya dövründə dövlət dəstəyini işçilərə verməyən sahibkarlar aşkarlandı”backend

“Pandemiya dövründə dövlət dəstəyini işçilərə verməyən sahibkarlar aşkarlandı”

“2020-ci il ərzində rəsmi qeydiyyata alınmış əmək müqavilələrinin ümumi sayı pandemiyadan əvvəlki 1 mart 2020-ci il tarixinə olan müqavilə sayına nisbətən nəinki azalmayıb, hətta əhəmiyyətli dərəcədə artıb”.

Bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri maliyyə dəstəyinin göstərilməsi üçün işçilərin ixtsarına yol verilməməsinin əsas şərtlərdən biri olması olub.
Qurumun rəhbəri vurğulayıb ki, bu müddət ərzində dövlət dəstəyini işçilərə vermək istəməyən vergi ödəyicilərinin maliyyə dəstəyindən məhrum edilməsi kimi hallar da qeydə alınıb.
Orxan Nəzərli qeyd edib ki, pandemiya ilə əlaqədar iqtisadi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qanunvericilikdə də bunun öz əksini tapmasını zəruri edib:

“Bununla bağlı Vergi Məcəlləsində və sosial sığorta qanunvericiliyində dəyişikliklər edildi və sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlara geniş vergi güzəştləri və tətillər verildi. Bu güzəştlər paketinin ümumi dəyəri 115 milyon manat olub”.

  •  (2)
  •  (0)