” Palmali-nin gəmilərinə həbs qoyulması xəbəri yalandır ” – “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyevabackend

” Palmali-nin gəmilərinə həbs qoyulması xəbəri yalandır ” – “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva

“Palmali”nin gəmilərinə həbs qoyulması xəbəri yalandır. Heç bir gəmimizə nə həbs, nə əl qoyulub.”

Hokm.az xəbər verir ki, bu barədə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva açıqlama verib.

Mübariz Mənsimov 43 gündür ki, saxlanılıb. 43 gündür ki, anasından, atasından, ailəsindən, işindən, dostlarından, bir sözlə, azadlıqdan məhrum edilib. 43 gündür ki, onun həbsi ətrafında baş verənlərdən xəbəri yoxdur. Əvvəla deyim ki, “Palmali”nin gəmilərinə həbs qoyulması xəbəri yalandır. Heç bir gəmimizə nə həbs, nə əl qoyulub. Bu uydurmaları yayanlar sevinməsinlər. “Palmali” öz işini davam etdirir və gəmilərimiz səfərlərini plana uyğun şəkildə həyata keçirir. “Palmali”nin gəmi heyəti işlərini layiqincə, “Palmali” standartlarına uyğun yüksək səviyyədə həyata kecirir. Mübariz Mənsimovun həbsindən sonra şirkətin problemlər yaşaması da yalandır. Tərəfdaşlarımızla işbirliyimiz normal qaydada davam edir. Hətta əlavə edim ki, daşımağa çatdırmadığımız yüklər var ki, bu işləri yerinə yetirmək üçün əlavə gəmilər kirayə edirik. Növbəti yalan xəbər Mübariz Mənsimovun aprelin 30-da həbsdən azad olunacağı haqda məlumatdır.

Mübariz Mənsimovun azad olacağı tarix məlum oldu” başlıqlı yazılar insanları həyəcanlandırır və ümüdləndirir. Təəssüflə, bunu da təkzib etmək məcburiyyətindəyəm. Bizdə belə xəbər yoxdur. Türkiyədə virus səbəbi ilə məhkəmələr öz işini 30 aprel tarixinədək təxirə salıb. Ayın 30-da məhkəmələrin yenidən işini bərpa edəcəyi gözlənilir. Lakin hazırki proseslər göstərir ki, bu tarix də dəyişə bilər, çünki bununla bağlı rəsmi xəbər hələ yayılmayıb. Bir daha xahiş edirəm: yalan və uydurma xəbərlərlə insanların əsəbləri ilə oynamayın. Çox həssas dönemdir. Sayqı göstərməyimiz mütləqdir. Sayqı demişkən, Mübariz bəyin həbsindən sonra bir qrup insan Azərbaycan və Türkiyə dövlətlərinə və ayrı-ayrı insanlara münasibətdə təhqiredici şərhlər yazırlar. Düşmənçilik saçan və təhqiramiz paylaşımları çox təəssüflə izleyir, imkanımız çatan yerlərdə bunları aradan qaldırmağa calışırıq. Bilin ki, bu nalayiq hərəkətləri edənlər birmənalı şəkildə Mübariz Mənsimovu sevməyən qruplardı. Mübarizsevərlər çox yaxşı bilirlər ki, o, bütün zamanlarda iki bayrağı – Azəbaycan və Türkiyə bayraqlarını yan-yana tutub və heç vaxt iki qardaş ölkə arasında fərq qoymayıb: istər ürəyində, istər şirkətinin önündə, istər bütün gəmilərinin göyərtələrində, istər evinin qarşısında, istər tədbirlərdə, hətta sosial şəbəkələrdəki bütün paylaşımlarda. Bu tip gərəksiz paylaşımlar yolverilməzdir! Mübariz Mənsimov 43 gündür həbsdədir və hər şeydən, hər kəsdən uzaqdır. O, bu cür paylaşımları heç vaxt dəstəkləməzdi. Azərbaycanlı olmağı ilə hər zaman fəxr edən Mənsimov “Türkün Türkdən başqa dostu yoxdur” deyərək “Bir millət, iki dövlət” olduğumuzu həmişə xatırladıb. Bir daha deyirəm: biz Ali Türk ədalətinə inanır və güvənirik. Bildiyimiz bir ədalət var ki, bu da Mənsimovun təqsirsiz olmasıdır.”

  •  (2)
  •  (3)