Pakistanda İslam məktəbində partlayış: Çox sayda ölənlər və yaralananlar var – FOTObackend

Pakistanda İslam məktəbində partlayış: Çox sayda ölənlər və yaralananlar var – FOTO

Pakistanın Pişəvər şəhərində seminariyada səhər saatlarında baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Bu barədə “The Dawn” xəbər yayıb.

Qurbanlar arasında uşaqların olduğu vurğulanıb.

İlkin ehtimallara görə, partlayış əldəqayırma bomba ilə həyata keçirilib. Belə ki, “Quran” dərsi zamanı seminariyaya içərisində partlayıcı olan çanta gətirilib.

Yaralılardan ikisi müəllimdir.

Hələlik heç bir qrup partlayışla əlaqədar məsuliyyəti öz üzərinə götürməyib.

  •  (0)
  •  (1)