Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçiribbackend

Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Pakistan bu gün nüvə başlığı daşıya bilən “Shaheen-1А” qısa mənzilli ballistik raketi sınaqdan keçirib.

Hokm.az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat veriblər.

Məlumata əsasən, sınaqdan keçirilən ballistik raketin mənzili 900 kilometr təşkil edir. Uzunluğu 12 metr olan raket 1 ton ağırlığında hərb başlığı daşıya bilir.

Sınaqların uğurlu bitməsi ilə əlaqədar Pakistanın prezidenti Arif Alvi və baş nazir İmran Xan hərbçiləri təbrik edirblər.

  •  (1)
  •  (0)