Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərdibackend

Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərdi

Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.
Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yardım işğaldan azad edilmiş ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub

Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.
Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.
  •  (11)
  •  (0)