Özünü təhlükəyə ataraq məktəbli qızı xilas etmək istəyən bu şəxs imiş – FOTObackend

Özünü təhlükəyə ataraq məktəbli qızı xilas etmək istəyən bu şəxs imiş – FOTO

Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan kişinin hansı xəsarətlər aldığı məlum olub. 37 yaşlı Zahid Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

Hokm.az Avtosfer.az-a istinadən xəbər verir ki, qızın həyatını xilas etmək istəyən Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində mühafizəçi işləyir.

  •  (0)
  •  (0)