Bir neçə gün öncə həyatını itirən Erol Evrenosoğlunun dəfn olunduğu Türkiyənin Bursa şəhərindəki məzarlıq üçün çox sayda tələb irəli sürülüb.
Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, müraciət edənlər öləndən sonra həmin məzarlıqda dəfn olunmaq üçün yerlər alır. Məsələ burasındadır ki, Erol Evrenosoğlu bəzi yerli sakinlər arasında “peyğəmbər” kimi qəbul olunur. Lakin Türkiyənin dini qurumları onu “saxta peyğəmbər” kimi qələmə verir.
Qeyd edək ki, Erol Evrenosoğlu ABŞ-da həyatını itirib. Erolun övladları onun Bursa şəhərinin mərkəzindəki məzarlıqda dəfn olunması üçün müraciət edib. Lakin yerli qurumlar dəfn üçün şəhərin mərkəzindən kənarda yer ayırıb. Erol Evrenosoğlunun dəfnindən sonra məzarlıq üçün tələb artdığına görə, satışlar dayandırılıb.
.jpg)
















