Özəl sektordan yüksək vəzifəyə gedəcək gənclər – Onları siz də tanıyın!backend

Özəl sektordan yüksək vəzifəyə gedəcək gənclər – Onları siz də tanıyın!

Xəbər verdiyimiz kimi, bir neçə ay öncə “Yüksəliş” müsabiqəsi başa çatıb. İstedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üçün elan olunan müsabiqənin final mərhələsində 112 iştirakçı arasından 27 qalib seçilib. Əvvəlcədən 20 qalibin olması nəzərdə tutulsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsionların da qalib elan olunmasına qərar verib.

Ümumilikdə 11760 iştirakçının qatıldığı müsabiqənin hər bir qalibinə fərdi inkişaf məqsədilə 20 min manat məbləğində qrant ayrılıb və onların adları Azərbaycanın kadr bankına daxil edilib. Artıq qaliblərin mentorları da müəyyən olunub. Ölkədə müxtəlif sahələrin idarə edilməsinə rəhbərlik edəcək mentorlarla “Yüksəliş” qalibləri bu müddət ərzində birgə inkişaf strategiyası üzərində işləyəcəklər.

Qaliblərin arasında müxtəlif dövlət qurumlarında işləyən şəxslərlə birlikdə özəl sektorda çalışan mütəxəssislər də az deyil.

Hokm.az “Yüksələn sahibkar” rubrikasında “Yüksəliş” müsabiqəsinin özəl sektordan olan qalibləri barədə məlumatları təqdim edir.

Müsabiqənin qalibi Fərrux Əliyev ölkənin ən böyük şirkətlərindən olan “PAŞA Holding”də İnnovasiyalar üzrə Proqram rəhbəri vəzifəsində çalışır. 1985-ci il təvəllüdlü F.Əliyev Bakı Dövlət Universitetini Jurnalistika üzrə bakalavr, Varvik Biznes Məktəbində (Warwick Business School) Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

Müsabiqənin qalibi Cavid Hümbətov “Neqsol Holding”də Hesabatlılıq və Büdcə üzrə menecer vəzifəsində çalışır. 1986-cı il təvəllüdlü C.Hümbətov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura təhsili alıb.

 

Müsabiqənin qalibi Nazim Novruzov “Onneks” MMC şirkətində həmtəsisçisi və direktorudur. 1990-cı təvəllüdlü N.Novruzov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Cihazqayırma mühəndisliyi ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

Müsabiqənin qalibi Samir Kərimov ölkənin aparıcı daşımaçılıq şirkətlərindən olan “189 TAXI” şirkətinin direktorudur. 1991-ci il təvəllüdlü S.Kərimov Azərbaycan Dövlət İqtisad Universitetində Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb.Ölkəmizin tanınmış marketoloqlarından sayılır.

Müsabiqənin qalibi Fəxri Hüseynov “GoldenPay” şirkətində layihə rəhbəri vəzifəsində çalışır. 1984-cü il təvəllüdlü F.Hüseynov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə bakalavr və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə doktorantura təhsili alıb.

Müsabiqənin qalibi Elçin Mirzəzadə “Xalq Bank” ASC-də Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin rəisi vəzifəsində çalışır. 1983-cü il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr və magistratura təhsili alıb.

Müsabiqənin qalibi Ülkər Məlikova “Competo” şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspertdir. “Paşa Holdinq”in törəmə müəssisəsində rəhbər vəzifə daşıyan Ü.Məlikova eyni zamanda Bakı Dövlət Universiteti, “SABAH” Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllimdir.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (5)
  •  (2)