Özcanla Feyzanın boşanma səbəbi bilindibackend

Özcanla Feyzanın boşanma səbəbi bilindi

Aktyor-müğənni Özcan Dənizlə Feyza Aktanın boşanma səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “2.Sayfa” proqramında verilən məlumata görə,cütlük boşanmazdan əvvəl xarici ölkələrdən birinə istirahətə yollanıb. Aralarında mübahisə yaranan Özcanla Feyza inadlaşaraq ayrılmaq qərarına gəliblər. Davadan sonra Feyza geri addım atsa da, Özcan boşanmaqda israr edib. Bir müddət əvvəl yeni reklama çəkilən Dəniz boşanmasaydı, kamera qarşısına Feyza ilə çıxacaqmış və Feyza bu reklamdan 500 min lirə qazanacaqdı.

Qeyd edək ki, cütlük boşansa da, bu yaxınlarda birlikdə Bodruma dincəlməyə getmişdi.

  •  (0)
  •  (0)