Özbəkistan sərhədçiləri Qırğızıstan ərazisinə atəş açıb.
Hokm.az xəbər verir ki, bu barədə Qırğızıstan ordusu məlumat yayıb. Bildirilir ki, özbək sərhədçilərin atəş açması nəticəsində 3 kəndli həlak olub. Məlumata görə, sərhədçilər Cəlal-Abad kəndini hədəfə alıb. Hadisənin səbəbləri açıqlanmayıb.
Açıqlamada qeyd edilir ki, iki ölkənin sərhədçiləri hadisəni müzakirə etmək üçün bir araya gəliblər.Metbuat.az