Özbək və rus alimlərdən İNANILMAZ TƏKLİF: COVID-19 belə məhv ediləcəkbackend

Özbək və rus alimlərdən İNANILMAZ TƏKLİF: COVID-19 belə məhv ediləcək

Özbəkistan və Rusiya alimləri COVID-19 koronavirusunu radiasiyanın zəif dozası ilə öldürməyin səmərəli olduğu qənaətinə gəliblər.

Hokm.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, professor Boris Oksenqendlerin rəhbərliyi ilə bir qrup özbək alimi rusiyalı həmkarları ilə birgə sübut ediblər ki, radiasiyanın ultrabənövşəyi şüaları koronavirus hüceyrələrini öldürür. Mütəxəssislər bir sıra digər xəstəliklərin müalicəsində də bu metodun səmərəli olduğunu bildiriblər.

Alimlər əşyaların, ərzaq və yaşayış sahələrinin dezinfeksiyası zamanı da bu üsuldan istifadə etməyin faydalı olacağını vurğulayıblar.

Hazırda bu üsulla müalicənin metodik tövsiyələri hazırlanır.

Mütəxəssislər bildirib ki, bu üsulla təkcə COVID-19-un yox, koronavirusun mutasiyası və digər virusların müalicəsində istifadə etmək olar.Publika.az

  •  (0)
  •  (0)