Ötən həftə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Black Garden Games” layihəsinin təqdimatı baş tutubbackend

Ötən həftə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Black Garden Games” layihəsinin təqdimatı baş tutub

“Black Garden Games” layihəsi çərçivəsində yaradılan mobil oyun vasitəsi ilə insanlar gigiyena qaydaları haqqında əyləncəli formada məlumatlar əldə edə biləcəklər. Mobil oyunda  ilkin mərhələdə koronovirusdan qorunma yolları haqqında məlumatlar yer alacaq.

Layihənin təqdimatı üç gün ərzində Odlar Yurdu Universitetində keçirilmişdir.

Tədbirlər zamanı informasiya texnologiyaların prespektivlərindən danışan mütəxəsislər xüsusən pandemiya dövründə bu səhayə olan  təlabatın yüksəldiyini  vurğulayıblar.

Layihə rəhbəri Gülbəniz Cəfərova yaradılan mobil oyunda gələcəkdə  müxtəlif xəstəliklər haqqında  da marifləndirici məlumatların yer alacağınını  qeyd edir.

  •  (0)
  •  (0)