Ötən gün 50 yanğına çağırış olub, 11 nəfər xilas edilib – ƏMƏLİYYAT ÇƏKİLİŞİbackend

Ötən gün 50 yanğına çağırış olub, 11 nəfər xilas edilib - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hokm.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə qeyri-cimərlik ərazidə batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.

  •  (0)
  •  (0)