Ötən gün 42 mindən çox insana vaksin vurulubbackend

Ötən gün 42 mindən çox insana vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.

  •  (0)
  •  (0)