Ötən gün 21 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıbbackend

Ötən gün 21 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Noyabrın 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 230 toy şənliyinin monitorinqini həyata keçirib.  

Monitorinq 222 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 21 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  •  (0)
  •  (1)