Ordumuzun son döyüşdə məhv etdiyi ERMƏNİLƏRİN ADLARIbackend

Ordumuzun son döyüşdə məhv etdiyi ERMƏNİLƏRİN ADLARI

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində 6 erməni hərbçinin həlak olduğunu etiraf edib.

Hokm.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik ölənlərin adlarını da açıqlayıb: baş leytenant Taron Saakyan, Merujan Arutyunyan, Qurgen Sərkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilir.

Eyni zamanda açıqlamada bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə itkin düşmüş hərbçilərin axtarışları davam etdirilir.

  •  (0)
  •  (0)