Ordumuzun hərbçiləri ağır qəzada HƏLAK OLDULARbackend

Ordumuzun hərbçiləri ağır qəzada HƏLAK OLDULAR

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin – Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər. Onların hərbi qulluqçu olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)