Ordular əmr gözləyir: Müharibə qaçılmazdır – Rusiya açıq dəstək verəcəkbackend

Ordular əmr gözləyir: Müharibə qaçılmazdır – Rusiya açıq dəstək verəcək

”Ukrayna və seperatçı rejimlər arasında qarşıdurmanın olacağı qaçılmazdır. Bu qarşıdurma Rusiya-Ukrayna müharibəsindən dönmək ehtimalının az olsa da saxlayır, amma ehtimal yenə var. Rusiya müharibədə birbaşa iştirak etməsə də, seperatçı rejimlərə dəstək verəcəyi şübhəsizdir”.

Bu açıqlamanı metbuat.az-a“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean Ölkələri üzrə siyasi eksperti, politoloq Samir Hümbətov edib.

Siyasi şərhçi xüsusilə ilə vurğuladı ki, son günlər Ukraynada baş verənlər regionda ciddi qarşıdurmanın olduğuna şərait yaradır.


“Qeyd edim ki, ABŞ-ın Şərqi Avropa ölkələrindəki ordularının döyüş vəziyyətinə gətirilməsi, Ukraynanın hava məkanını NATO üçün açması, Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışıqları və bu danışıqlar zamanı Baydenin Ukraynanı tək qoymayacaqları sözünü verməsi baş verəcək hadisələrə təkan oldu.

Həmçinin Ukraynanın Türkiyədən 50-dən artıq Bayrakdar TB 2 pilotsuz uçan aparatı alması və s. məsələlər onu göstərir ki, regionda ciddi qarşıdurma gözləniləndir. Fikrimcə bu qarşıdurma ABŞ-Rusiya yaxud NATO-Rusiya müstəvisinə keçməz”.

Samir Hümbətov bildirdi ki, burada bir neçə səbəb var. Bunlar aşağıdakılardır:

– NATO-nun üç dövlətinin (ABŞ, Fransa və İngiltərə) və Rusiyanın nüvə dövlətləri olması

– Həm ABŞ-ın, həm də Rusiyanın qitələrarası balistik raketlərə malik olmaları

– NATO-ya daxil olan dövlətlərin Rusiya ilə davam edən iqtisadi əlaqələri, xüsusilə də enerji sektorunda

– Nəhayət, regionda yarana biləcək müharibənin Avropanın təhlükəsizlik konsepsiyasına zidd olmasıdır.

Qərb dövlətlərinin Ukraynaya yardım etmək məqsədi ilə ata biləcəkləri ən mümkün addımın Rusiya ilə ticarət-iqtisadi əlaqələrini azaltmaq olacağını deyən politoloq qeyd etdi ki, yeni sanksiyalar qəbul etməklə Rusiya iqtisadiyyatını zəiflədə bilərlər.

”Hesab edirəm ki, Kremil strateqləri Qərbdən onlara qarşı bu planın da olduğunu güman etmiş olarlar” – Samir Hümbətov belə deyib.

  •  (0)
  •  (0)