Oqtay Əsədovun itləri burada dincəlir – FOTOLARbackend

Oqtay Əsədovun itləri burada dincəlir – FOTOLAR

Hokm.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Milli Məclisin sabiq sədri Oqtay Əsədovun itlərinin hazırda saxlanıldığı ərazinin fotolarını yayıb. Jurnalist yazır:

“Oqtay Əsədov spikeri olduğu Milli Məclisdə hansısa deputat Xəzərin sahillərinin qanunsuz zəbt olunması barədə danışanda bu cənab çox narahat olurdu. Keçmiş sədr özü də Türkanda dənizin sahilində nə az-nə çox 1 hektarlıq ərazini ələ keçirib, özü üçün özəl çimərliyə çevirib. Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür. Hələlik burda Əsədovun sevimli itləri dincəlir”.

  •  (0)
  •  (0)