Oqtay Əsədov “infarkt” diaqnozu ilə xəstəxanaya yerləşdirildi – SON DƏQİQƏbackend

Oqtay Əsədov “infarkt” diaqnozu ilə xəstəxanaya yerləşdirildi – SON DƏQİQƏ

Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hokm.az Turan-a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. “Bizim bu barədə məlumatımız yoxdur”, – xəstəxanadan bildirilib.

  •  (0)
  •  (0)