Bəli, spikerin ailəsinə məxsusluğu sənədlərlə təsdiq edilən barda antinarkotik əməliyyatı gerçəkləşmişdi. Sənədlərdən görünürdü ki, “Kapriz” striptiz klub Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10 min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları qiymətləndirilirdi.
Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir. “Triumf Palas” Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada 2 lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər.

Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira Əsədovanın aldığı mənzillərdən biri “Triumf Palas”ın 12-ci (65 nömrəli mənzil), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir. Əsədovların binadakı qonşuları da məşhur simalardır. Məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri Əsədovlarla qonşudurlar. Əsədovların ixtiyarında olan 65 saylı mənzilin pəncərələri üzü Kremlədir, pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var. Mənzildə fitnes və kitabxana, spa-otaq, hətta kinoteatr belə var. Oqtay Əsədovun Bakı ətrafındakı bütün imarətlərində də kinoteatr mütləq və mütləq nəzərə alınır. Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb. Mənzildəki mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb! Əsədovlar Rusiyada taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranlara sahibdirlər.
Bəs bunca varidat sahibini narkotik satışı kimi çirkin, lakin gəlirli sahəyə meyilləndirən nədir?
Oqtay Əsədovun xalqdan oğurladığı çirkli pulları xaricdə, lap elə Rusiyada inşaat, ticarət, xidmət kimi nisbətən daha təmiz sahələrə yatırmaq imkanına malik olmasına rəğmən, niyə narkotik alverinə baş vurmasının səbəbi bilinmir. Bu gün də bu məsələ açıqdır. Əsədovlara bağlı “Kapriz”də kokain kimi “kübar” narkotikin satışının təşkili həm də Əsədovun daxili aləmindən, hərisliyinin sərhədsizliyindən xəbər verirdi.
Spiker olarkən adı deputat mandatı qarşılığında Rəfael Cəbrayılovdan 3 milyon pul alması iddiasından tutmuş Türkiyədə ekzotik quş biznesinə qədər gedib qarışmışdı. Oqtay Əsədovun ailə üzvləri xalqdan oğurladığı milyonları hesabına Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir necə böyük ferma açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların bir başının qiyməti 900-1000 dollar arasında dəyişir. Məsələn, təklif edilən Miro, Türk taklası quşlarının birinin qiyməti təxminən 900 dollardır. İstanbuldakı quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan quşlarla yanaşı, digər ev heyvanları da var.
Bu söhbət ortaya çıxarkən Türkiyədə yaşayan məmurlardan biri demişdi ki, Əsədovlar ekzotik quş və heyvanları endirimli qiymətlərlə Türkiyə Böyük Millət Məclisinin üzvlərinə təklif ediblər. Onun sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik məhsullar təklif edib. Eks-spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu da yeni xəbər deyil. Onun xalqdan oğurladığı pullar Antalyadan tutmuş Bodruma qədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnib.
Xalqdan illərlə milyardlar oğrulayıblar, xalqın pulunu yeyiblər, bu gün adamların əllərində talançılıqla əldə etdikəri böyük pullar var. Hansıların ki, alınması zamanıdır. Bunun üçün Səlim Müslümov kimi “içəri”yə yola salınmaları şərtdir. Öz xoşlarına xalqdan oğurladıqlarını xalqa qaytaran deyillər. Bu düstur həm də eks-spiker üçün keçərlidir…Musavat.com
















