Operativ Qərargah hamının gözlədiyi qərarı qəbul etməyə hazırlaşır – AÇIQLAMAbackend

Operativ Qərargah hamının gözlədiyi qərarı qəbul etməyə hazırlaşır – AÇIQLAMA

“Qonşu ölkələrdə yoluxma sayı tənzimlənən həddədir. Azərbaycanda da son aylar yoluxma sayında kəskin azalmalar var. Bütün bunlar Operativ Qərargah tərəfindən quru sərhədlərin mərhələli açılması ilə bağlı qərarların qəbul olunmasına səbəb ola bilər”.

Hokm.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov İTV-yə açıqlamasında bildirib.

Deputat əlavə edib ki, quru sərhədlərin açılması həm iqtisadi, həm də vətəndaşların səfərlərinin asanlaşması baxımından vacibdir.

  •  (1)
  •  (0)