“Onların maska taxması faciəyə səbəb ola bilər” – Həkimdən SOS SİQNALIbackend

“Onların maska taxması faciəyə səbəb ola bilər” – Həkimdən SOS SİQNALI

“Açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə  düşmüş COVİD-19 virusu, mürəkkəb struktur əsaslı olduğundan, çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün, yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır”.
Hokm.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, hətta laborator müayinə həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir, yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyil:
“COVİD-19-un hava damcı üsulu ilə yoluxması haqda isə, məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən  çox da qorxub panikaya düşmək lazım deyil. Çünki ölçüsü yalnız 20 nonomikrondan kiçik olan hissəciklər ağ ciyər və tənəffüs yollarına keçə bilir. 1 mlm tənəffüs havasında 1000 mkm hissəcik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir.
Digər tərəfdən hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir. Çox qısa müddətdə virusların genom strukturunu inaktivləşdirməklə, onların virulentlik əmsalını sıfırlayır. Odur ki,  yalnız yaxın kontaktda, xüsusən, qapalı mühit daxilində bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır”.
Mütəxəssis qeyd edib ki, birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır:
“Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa, məsələn, uşaq təhlükə gözlənilən qapalı mühitə girirsə,  maska qısa müddətə – 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qız uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun”.Sfera.az
  •  (0)
  •  (0)