“Onları xalq yox, xarici mürtəcə qüvvələr hakimiyyətə gətirib” deyən Əli İnsanovun növbəti fiaskoya uğrayan “bəyanatı”backend

“Onları xalq yox, xarici mürtəcə qüvvələr hakimiyyətə gətirib” deyən Əli İnsanovun növbəti fiaskoya uğrayan “bəyanatı”

“Onları xalq yox, xarici mürtəcə qüvvələr hakimiyyətə gətirib” deyən Əli İnsanovun növbəti fiaskoya uğrayan “bəyanatı”

Vaxtilə Əli Kərimliyə qarşı çıxaraq “Onları xalq yox, xarici mürtəce qüvvələr hakimiyyətə gətirib” deyən Əli İnsanov, bu gün isə yaratdığı Haqq Ədalət Partiyasının adından bəyanat verərək guya ki, koronovirus pandemiyası Azərbaycan iqtidarını çıxılmaz vəziyyətə salıb və “demokratik” müxalifətə qarşı siyasət şiddətlə genişlənir.
Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digər antimilli qüvvələrin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər.
Əslində, müxalifəti staqnasiya vəziyyətindən vaxtilə hakimiyyət dairələri ilə çox yaxın münasibətdə olan yazıçı Rüstəm İbrahimbəyovun gəlişi də xilas edə bilmədi. İnsanov isə İbrahimbəyov deyil, öz kobudluğu ilə seçilən sabiq nazir yeri gələndə “konkret rədd ol” deyə bilir. O, öz partiyasını yaratmaqla da Əli Kərimli, eyni zamanda İsa Qəmbər-Arif Hacılı cütlüyünə “konkret rədd ol” dedi.
Dövlət üçün əhəmiyyətsiz olan birinin partiya adından yalan bəyanat verərək, guya dövlət tərəfindən Əli İnsanov azad olunduğu ilk gündən nəzarətdə saxlanılır. Hətta yaşadığı ev 24 saat ərzində xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanılır. Yəni bu qədər gülünc bəyanat Əli İnsanovun yaratdığı bir partiyanın adından olar bilərdi.
Əslində Əli İnsanovun siması ta əvvəldən məlumdur. Həm hazırki hakimiyyət üçün, həm də müxalifət üçün. Mənfi tipaj, korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı sima olduğu elə indidən də bəllidir.
14 illik həbs cəzasını “siyasi məhbus” kimi deyil, az qala “qanuni oğru” kimi çəkdiyini bəyan edən İnsanov yaydığı bəyanatda “demokratik” müxalifət adlandırdığı müxalifətin hüquqlarının bərpa olunmasını tələb edir. Bəs ay İnsanov, “Onları xalq yox, xarici mürtəcə qüvvələr hakimiyyətə gətirib” deyən sən deyildinmi?
Təsadüfü deyil ki, heç bir ciddi təşkilat nümayəndəsi sabiqin nazirin “qapısını” döymür.correct.az

  •  (1)
  •  (2)