Rusiyada ilk dəfə koronavirusunun “omikron” ştammının BA.4 variantı aşkar edilib.
Bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genom tədqiqatları laboratoriyasının rəhbəri Kamil Hafizov məlumat verib.
Onun sözlərinə görə, müvafiq bionümunələr may ayının sonlarında alınıb.
Hafizov bildirib ki, hazırda ölkədə BA.2 variantı və onun subvariantları daha çox yayılmışdır. Onlar yoluxma hallarının 95 faizinə qədərini təşkil edir.