Xəbər verdiyimiz kimi, Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Hokm.az Yenicag.az-a istinadla xəbər verir ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub.
O, 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övlad anasıdır.




















