Ombudsman Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yaydıbackend

Ombudsman Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yaydı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir”.

Xatırladaq ki, Bakıda ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

  •  (0)
  •  (0)