Ölkəni bahalaşma dalğası bürüyüb – Rəsmi rəqəmlər nə deyir?backend

Ölkəni bahalaşma dalğası bürüyüb – Rəsmi rəqəmlər nə deyir?

2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 3,9 faiz yüksəlib.
Hokm.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,8 faiz, qeyri-ərzaq məhsulları 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,6 faiz bahalaşıb.
Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin mart ayına nisbətən 104,1 faiz təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qiymət artımının tədricən yüksəlməsi müşahidə edilir. 2020-ci ildə bahalaşma sürəti 2,8 faiz, bu ilin yanvarında 3,3 faiz, yanvar-fevralında 3,7 faiz olmuşdu.

  •  (0)
  •  (0)