“Ölkədən getmək barədə düşünürəm” – Baş redaktorbackend

“Ölkədən getmək barədə düşünürəm” – Baş redaktor

“Nə qədər çətin olsa da, ölkədən getmək barədə düşünürəm”. 

Bu barədə Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynli özünün “Facebook” səhifəsində yazıb: “Məni tanıyanlar yaxşı bilir ki, vətənimi, dövlətimi, millətimi nə qədər sevirəm. 12 ildir təsis etdiyim Bizimxeber.az portalı həmişə xalqıma, vətənimə xidmət edib. Heç bir məmurun əlində alətə çevirilməyib, şifarişlərlə işləməyib, böyük çətinliklə işimizə davam etmişik. Bir dəfə olsun dövlətimizə, vətənimizə ziyan vuran məlumatları yaymadıq, heç bir qruplaşmaya qosulmadıq, məmurların əlində alətə çevrilmədik.

Bu 12 ildə müstəqil olaraq fəaliyyət göstərdik. Bizimxeber.az 12 il ayaqda dayanıbsa mənim bacarığım və gücüm hesabınadır. Amma görürəm ki, mənim kimi müstəqillərin bu ölkədə baş redaktor kimi çalışması, portal saxlaması nəinki çətindir, ümumiyyətlə, mümkün deyil. Bir ixtisaslı jurnalist olaraq mətbuatın müstəqil fəaliyyətindən başqa yol bilmirəm, portalın reklama söykənərək fəaliyyət göstərməsindən başqa model tanımıram.

Artıq bəsdir və bu haqsızlıqla barışmaq mümkün deyil.

Bilirsiz qəribə nədir?

İxsisaca jurnalist olasan, nəzarətində 12 il fəaliyyət göstərən portal olsun, reklam ala bilməyəsən, bütün tədbirlərdən kənarda saxlanılasan, rəsmi sənədlərin qaydasında ola, bütün kriteriyalara cavab verəsən və mətbuata ayrılan rəsmi yardımlardan uzaq qalasan… Amma və lakin hələ də müstəqil fəaliyyət göstərmək üçün çaba göstərəsən. Hərdən məlum vəziyyətə gülmək istəyirəm. Amma buna gülmək yox, ağlamaq lazımdır.

Artıq 41 yaşım var və düşünürəm ki, övladlarımın normal yaşam təminatını, təhsilini həyata keçirmək indiki şəraitdə çox çətin olacaq. Odur ki, nə qədər acı olsa da ölkəni tərk etmək barədə düşünürəm. Çıxış yolunu yalnız bunda görürəm. Yaşamaq üçün, övladlarımın təhsili üçün bu addımı atmaqdan başqa yolum qalmayıb” – deyə baş redaktor yazıb.

  •  (0)
  •  (0)