Ölkə ərazisində həftəsonları sərt karantin rejiminin tətbiq edilməsi, açıq məkanlarda maskadan istifadə kimi bir sıra qaydaların tətbiqi COVID-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edənlərin sayındakı kəskin artımın qarşısını ala bilməyib.
Hokm.az “ARB24”-ə istinadən xəbər verir ki, mütəxəssislər mövcud vəziyyətin milli səhiyyə sisteminin imkanlarından yuxarı həddə çatması qənaətinə g əlib.
Belə davam edəcəyi təqdirdə sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq.
















