Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtobuslarla 283 307,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 21,1% çoxdur.
Dövlət Statistika Komitəsindən Hokm.az-a verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 14 826,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 20,4% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır. Hesabat dövründə, minik taksilərindən 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.