Oliqarxların müqaviməti, sahibkarların arzusu: bu səddi yarmalı, amma necə…backend

Oliqarxların müqaviməti, sahibkarların arzusu: bu səddi yarmalı, amma necə…

Deputat: “Məmur oliqarxiyası Məcəllənin qəbul edilməsində maraqlı deyil və buna mane olmağa çalışır”

Keçmiş deputat: “Rəqabət Məcəlləsi qəbul edilsə də, edilməsə də, nəticə dəyişməyəcək?”

Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəsi və qəbulu nəzərdə tutulur. Bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması istiqamətində mühüm hüquqi sənəd hesab olunan Məcəllənin qəbulu, nəhayət uzun illərdən sonra ölkədə inhisarçılığı aradan qaldıracaqmı? Yoxsa bu sənəd də digər sənədlər kimi, yalnız kağız üzərində mövcud olacaq?

Deputat: “Şəhid adlarının əbədiləşdirilməsi tələbinə yenidən baxılsın”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli AYNA-ya açıqlamasında deyib ki, sonuncu dəfə 2006-cı ildə Rəqabət Məcəlləsi müzakirə olunub: “Bunun üzərindən 15 illik bir zaman keçib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı ciddi dəyişikliklərə uğrayıb. Nəzərə alanda ki, postpandemiya dövründə dünyada, eləcə də Azərbaycanda rəqabət kəskin artacaq, bu mənada Məcəllənin qəbul edilməsi labüddür. “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib. Rəqabət Məcəlləsinin 2022-ci ildədək qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub. Aidiyyəti orqanlar Məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlərin tamamlandığını bildirir. Bütün hallarda bu sənəd sağlam rəqabət şəraitinin yaradılması baxımından hüququ bazanı təmin edəcək”.

Deputatın sözlərinə görə, məmur oliqarxiyası Məcəllənin qəbul edilməsində maraqlı deyil və buna mane olmağa çalışır: “Hesab edirlər ki, bu, onların qanunsuz fəaliyyəti üçün hüquqi əngəl yarada bilər. Lakin son dövrlər Azərbaycanda geniş islahatlar həyata keçilir. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etməklə yanaşı, həm də bütün sahələri əhatə edir. İnstitusional islahatların mahiyyətində vətəndaşların hüquqlarının qorunması dayanır”.

“Hesab edirəm ki, biz artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, hər hansı maraqlı qüvvələrin, o cümlədən məmur oliqraxiyasının proseslərə təsir imkanları minimuma enib. Bu xüsusda Rəqabət Məcəlləsinin də qəbul edilməsi vacibdir. Bu Məcəllə imkan verəcək ki, zamanla ölkədə mövcud olan inhisarçılığın qarşısı alınsın. Düzdür, bu, qısa müddətə baş verməyəcək. Lakin hüquqi sənəd olaraq Rəqabət Məcəlləsinin qəbul edilməsi gələcək perspektivdə böyük imkanlar yaradacaq”, – deyə həmsöhbətimiz bildirib.

Məsimli əlavə edib ki, bununla yanaşı digər qanunlarda da dəyişikliklər edilməlidir: ““Sahibkarlıq fəaliyyəti” haqqında, “Dövlət satınalmaları” haqqında, “Valyuta tənzimlənməsi” haqqında, “Müflisləşmə və iflas” haqqında, “İpoteka” haqqında Azərbaycan Respublikasının qanunları da Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə buna uyğunlaşdırılmalıdır”.

Nazim Bəydəmirli vergilərlə bağlı dəyişiklikləri izah edir

Sabiq deputat, iqtisadçı-alim Nazim Bəydəmirli isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi inandırıcı görünmür: “Bilirsiniz ki, 2006-ci ildə Məcəllə Azərbaycan Parlamentində müzakirə olunub. İkinci oxunuşdan sonra Məcəllə ilə bağlı müzakirələr dayandırılıb. Bundan sonra mövzuya qayıdılmayıb. Milli Məclisin payız sessiyasında yenidən müzakirə olunacağı və ya qəbul ediləcəyi barədə məlumatlar olsa da, rəsmi təsdiqini tapmır. Gözləmək ki, Məcəllə qəbul edildikdən sonra sahibkarlıq mühütində şəffaflıq yaranacaq, bu, sadəlövhlük olardı. Bu günə qədər Azərbaycanda çox sayda mütərəqqi qanunlar qəbul edilib və əksəriyyəti işlək olmayıb. Əsas məsələ qanunu qəbul etmək yox, icra mexanizmini yaratmaqdır”.

Müsahibimizin dediyinə görə, məmur oliqarxiyası Rəqabət Məcəlləsinin qarşısında dayanan əsas səddir: “Onlar heç bir halda buna imkan vermək istəmirlər. Çünki Məcələnin qəbul edilməsi, hüquqi bazanın yaradılması onlar üçün müəyyən problemlər yarada bilər. Başa düşürlər ki, Məcəllə qəbul edilsə də, işlək olmayacaq. Lakin buna rəğmən, ümumiyyətlə qəbul edilməsini belə, istəmirlər”.

“Buna qarşı dayanan əsas qüvvə gömrük lobbiçiləridir. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bir şəxsin 25 faizdən artıq səhm əldə etməsi qəbul edilmir. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Düşünmürəm ki, kifayət qədər ciddi təsir imkanlarına malik olan məmur oliqarxiyası buna imkan versin. Rəqabət Məcəlləsi qəbul edilsə, nə olacaq, edilməsə, nə olacaq? Məcəllənin qəbul ediləcəyi və işlək olacağı ilə bağlı nikbin deyiləm”, – deyə Bəydəmirli vurğulayıb.

  •  (2)
  •  (1)