Olimpiyaçılarımıza Ronaldo xəbərdarlığıbackend

Olimpiyaçılarımıza Ronaldo xəbərdarlığı

“Bir çox məsələlər üzdən sadə görünür, amma qəliz məsələdir”.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, atletlər kəndindən çıxan şəxs öz yerinə qayıtmayacaq və karantinə alınacaq: “O, yarışa yox, başqa yerə gedirsə, belə olacaq”.
Hüseynzadə Portuqaliya millisinin futbolçusu Ronaldonun AVRO-2020-dəki hərəkətini də xatırladıb: “İdmançılara deyin, diqqətli olsunlar. Sponsorlarla bağlı məsələdə ehtiyatlı olmaq lazımdır”.
  •  (0)
  •  (0)