Öldüyü deyilən adam meyitxanada DİRİLDİ – Polis araşdırmaya başladıbackend

Öldüyü deyilən adam meyitxanada DİRİLDİ – Polis araşdırmaya başladı

Hindistandan olan həkimlər ailəyə onların qohumunun qəzadan sonra öldüyünü, lakin kişinin sağ olduğunu və bunu yalnız meyitxanada bildiklərini bildiriblər.

Hokm.az xəbər verir ki, Şrikeş Kumar adlı şəxs motosikletin idarəetməsini itirərək magistral yolda qəza törədib. Vəziyyəti ağır olan o, xəstəxanaya çatdırılıb, həkimlər xəstəni reanimasiyaya aparıblar. Lakin həkimlər 45 yaşlı kişinin vəziyyətini stabilləşdirə bilməyiblər. Həkimlər Şrikeşin ailəsinə kişinin öldüyü barədə məlumat veriblər. Bundan sonra Kumar meyitxanaya göndərilib və orada 6 saat dondurucuda yatıb.

Qohumları və polis əməkdaşları meyiti yoxlamağa və götürməyə gələndə onlar görüblər ki, meyid nəfəs almağa başlayıb. Nəticədə zərərçəkmiş yenidən xəstəxanaya çatdırılıb. İndi hindistanlı komadadır. Polis artıq araşdırmalara başlayıb.Metbuat.az

  •  (0)
  •  (1)