Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq – AÇIQLAMAbackend

Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq – AÇIQLAMA

Bu gün qida məhsullarının bir qismində bahalaşma müşahidə olunur. Növbəti mərhələdə çörəyin və ətin qiymətində də bahalaşma olacaqmı?

Bununla bağlı konkret.az-a fikirlərini bildirən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, çörəyin qiyməti ilə ətinki müqayisə oluna bilməz: “Çünki bilirsiniz ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir. Çörəyin qiymətinə dövlət nəzarət edir. Yaxın dövrdə çörəyin qiymətinin bahalaşması gözlənilən deyil. Dövlət çörəyin qiymətini tənzimləyib saxlaya biləcək. Ətin qiymətinə gəldikdə isə bilirsiniz ki, ölkəmiz yerli tələbatın təxminən 45-48 faizini ödəyə bilir. Yəni bu məhsulun qiyməti təkcə ölkə daxilində təklif olunan məhsulla bağlı deyil. Həm də xarici amildən asılıdır. Çünki ölkədə ətə olan ehtiyatın 50 faizdən çoxunu idxal hesabına ödəyirik.

Ona görə kənd təsərrüfat məhsullarının mövsümü bitdikdən sonra ətə olan təlabat artacaq. Belə olan halda da ətin qiymətinin qalxması gözləniləndir. Hazırda rayonlarında ətin qiymətində ucuzlaşma müşahidə olunur. Amma Bakıda əksinə az da olsa bahalaşma müşahidə olunur. Çünki yay aylarında ətə olan tələbat az olur. Amma oktyabr, noyabr, dekabr aylarında, yəni ilin sonuna kimi ətin qiymətinin bahalaşması gözləniləndir. Təkcə bu ölkənin daxili islahatından deyil, həm də xarici idxaldan asılıdır. Bununla yanaşı ölkədə bu sahə stimulaşdırılmayıb”.

  •  (0)
  •  (1)