Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar varbackend

Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən “Ford” markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)