“Oğurluqla milyonçu olmayacaqsınız” – Jurnalist “Azərcell”-i oğurluqda ittiham etdi – Fotobackend

“Oğurluqla milyonçu olmayacaqsınız” – Jurnalist “Azərcell”-i oğurluqda ittiham etdi – Foto

Tanınmış jurnalist Ozal İbrahimli “Azərcell” mobil operatorunu oğurluqda ittiham edib. 

Hokm.az xəbər verir ki, bu barədə şəxsi hesabında yazan jurnalist bildirib ki, heç bir qısa nömrəyə mesaj göndərməsə də “Azərcell” şirkəti onun balansından icazəsiz vəsait çıxaraq onun nömrəsini “Zəngimcell” xidmətinə abunə edib.

Jurnalist həmçinin bildirib ki, şirkətə heç bir xidmətə abunə olmadığını bildirsə də şirkət onu günahkar çıxartmaqda davam edib:

“Mobil telefon işlədəndən bu yana “ZəngimCELL” istifadə etdiyim yadıma gəlmir. Açığını desəm necə istifadə edildiyini də bilmirəm. “Azercell” “sağolsun”, balansımdan kefinə düşəndə pul silib, avtomatik olaraq mənə öz zövqündə “ZəngimCELL” verir. Özbaşınalıq baş alıb gedir. Oğurluqla milyonçu olmayacaqsınız! Özünüzü gözdən salmayın! Operatorlarınıza da öz “ağıllı” sözlərinizdən öyrədib, müştərilərin əsəbini korlamayın! Ayıbdır! Valla ayıbdır!”.Correct.az

  •  (0)
  •  (0)