Oğurlanan iki yaşlı körpə polis əməkdaşları tərəfindən tapılıbbackend

Oğurlanan iki yaşlı körpə polis əməkdaşları tərəfindən tapılıb

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

  •  (0)
  •  (0)