Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdibackend

Oğlu və gəlini “səs verməyin” dedi, deputatlığa namizəd intihar etdi

Pakistanda millət vəkilliyinə namizəd intihar edib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Mirzə Məhəmməd Əhməd Mughalın intiharına səbəb ailəsindən dəstək görməməsi olub.

Mughal intihardan əvvəl dərc etdiyi videoda bildirib ki, oğlu və gəlini qapı-qapı gəzərək seçicilərdən ona səs verməməsini istəyib. Videonun yayılmasından qısa müddət sonra onun cəsədi yaxınlıqdakı məzarlıqda tapılıb.

Onun namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.

Qeyd edək ki, Pakistanda parlament seçkiləri iyulun 25-də keçiriləcək. Mughal həyatını itirən üçüncü namizədir. Digər iki namizəd terror hücumlarında həyatını itirmişdi.

 

  •  (0)
  •  (0)