Oğlu olmadığı üçün arvadını öldürdübackend

Oğlu olmadığı üçün arvadını öldürdü

Türkiyənin Diyarbakır vilayətində Veysi Turan adlı şəxs həyat yoldaşının gecə yatarkən yanaq və gicgah sümüyünə yüksək gərginlikli elektrik cərəyanı verərək öldürüb.

Hokm.az “Unikal”a istinadən xəbər verir ki, Veysi Turan həyat yoldaşı oğlan uşağı doğmadığı üçün bu addımı atıb.

Cinayətkar ər qətl hadisəsindən sonra polisə zəng edərək “Əgər qətli mənə halaldırsa, arvadımı öldürdüm”, – deyə bildirib.

Məhkəmə onun barəsində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzası verib.

  •  (0)
  •  (2)