“Oğlu Fərid öləndən onun gülləri solmuşdu” – Arif Quliyevin bacısıbackend

“Oğlu Fərid öləndən onun gülləri solmuşdu” – Arif Quliyevin bacısı

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyevlə vida mərasimi yaşadığı evin həyətində keçirilir.

Hokm.az xəbər verir ki, özünü aktyorun bacısı kimi təqdim edən Zərifə adlı xanım onunla bağlı bunları deyib:

“Qardaşı ölənlər bilər nə dərtdir çəkirəm. Yeni danışmışdıq, deyirdi, yanıma gəlmə. Özüm səni görməyə gələcəm. Arif xəstəxanaya yerləşdirilən gündən oğlu çörək yemir. Arif, özün yetimxanada böyümüşdün, niyə balalarını, nəvələrini yetim qoydun? Oğlu Fərid öləndən onun gülləri solmuşdu”.

Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasına yoluxmuşdu. Aktyor bir neçə gündür xəstəxanada müalicə alırdı./Axşam.az

  •  (0)
  •  (0)