Oğlu CƏBHƏDƏ olan müğənni: “Şəhid analarından UTANIRAM…”backend

Oğlu CƏBHƏDƏ olan müğənni: “Şəhid analarından UTANIRAM…”

Oğlu və qardaşı hazırda cəbhədə döyüşən müğənni Əflatun Qubadov big.az-a açıqlama verib.

Müğənni bildirib ki, bu vətənə hər şeyimi fəda edirəm:

“Canımız,qanımız, malımız Vətənə qurban!

Vətən uğrunda hər şeyə razıyıq!

Mənim çoxlu vətənpərvər mahnılarım var. Amma efirə çıxmıram. Çünki, şəhid analarından utanıram.

İnşallah qələbə xəbəri gəlsin, onda efirə çıxacağam.

Ancaq qələbədən sonra efirə çıxacağam ancaq qələbədən sonra efirə çıxacağam.

İndi toy, mahnı oxumaq vaxtı deyil, indi silah götürüb döyüşmək vaxtıdır.

Bizim Ali Baş Komandanımız var. Biz qələbə çalacağıq. Hər bir qarış torpağımızı düşməndən azad edəcəyik!

Mənim gəlinlərimin biri Qubadlıdan, digəri də Ağdamdandır.

İnşallah Qarabağ bütünlüklə işğaldan azad olunacaq və igid oğullarımız bütünlüklə torpaqlarımızı işğaldan azad edəcəklər. İnşallah sağ-salamat evlərinə qayıdacaqlar!

Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların yeri cənnətdir”

  •  (3)
  •  (0)