“OBA” market müştərisi şikayət edir (FOTOFAKT) (YENİLƏNİB)backend

“OBA” market müştərisi şikayət edir (FOTOFAKT) (YENİLƏNİB)

“OBA” marketlər şəbəkələrinin birində müştəri fərqli qiymətlər ilə qarşılaşıb.

Hokm.az xəbər verir ki, Bakı sakini “OBA” marketdən “Cənub toyuqları” ət məhsullarına məxsus qablaşdırılmış toyuq alıb.

Belə ki, o, 2.45 azn olan toyuğu alıb. Evə gəldikdə isə çekdə məhsulun dəyərinin 3.44 azn qeyd olunduğunu görüb. (26.08.2020 – 15:24)

_________________________________________________________

“OBA” Marketlər Şəbəkəsi haqqında yayılan xəbərə münasibət bildirib

“OBA” Marketlər Şəbəkəsindən Hokm.az-da yer alan müştəri şikayəti ilə bağlı xəbərə münasibət bildirələrək qeyd edilib ki, müştəri ilə əlaqə yaradılaraq texniki yanlışlıq olduğu araşdırılıb və müştəri rəfdə gördüyü qiymətə məhsulu əldə etdiyi bildirilib. Həmçinin qeyd olunub ki, marketlər şəbəkəsində texniki problemlər qaçılmazdır, lakin belə hallar yanaşarsa müştəri hüquqlarına əsasən müştəri məhsulu hər zaman rəfdə gördüyü qiymətə əldə edə billər.
Məlumat üçün bildirmək istərdik ki, “OBA” Marketlər Şəbəkəsi müştəri məmuniyyətini öndə tutaraq “Qiymət etibarlılığı” adlı qəbul etdiyi müştəri hüquqlarına əsasən, “Marketlərimizdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ( barkod , marka adı , ölçü vahidi miqdarı eyni qiymətə olarsa) ucuz olan qiymət keçərlidir”. (28.08.2020 – 12:50)

  •  (5)
  •  (6)