“O, var sanki anam sağdır” – Koronavirusa yoluxan Hacı Nuran hər kəsi KÖVRƏLTDİbackend

“O, var sanki anam sağdır” – Koronavirusa yoluxan Hacı Nuran hər kəsi KÖVRƏLTDİ

Tanınmış aparıcı Hacı Nurandan xeber var.

Hokm.az xəbər verir ki, koronavirusa youxan Nuran hazırda xəstəxanada müalicə alır. Xəstəxnada olmasına baxmayaraq sosial şəbəkələrdə daimi aktiv olan Nuran paylaşımı ilə diqqət çəkib:

“Xəstə yatağını heç sevməm… İnsanın bütün planlarını alt-üst edir… Həm də indi xəstəlik vaxtı deyil axı. Bu gün işğaldan azad olunan torpaqlarda quruculuq, abadlıq işlərinin başladığı bir vaxtda doğma Qarabağda olmaq, hansısa bir işdə yararlı olmaq keçir insanın könlündən … Amma təəssüf ki, mən də bəşəriyyəti cənginə alan COVİD-19 bəlasına tutuldum. Və bu günlər ərzində məni tək qoymayan, zəng edən, sms yazan, dua edən minlərlə tanışım, dostum oldu… Amma bir şəxs də var ki, o, hər gün mənim qayğıma qalır, mənim üçün xüsusi şirələr çəkib gətirir, yeməklər hazırlayıb göndərir … Düzdür, qaldığım xəstəxanada bunların heç birinə ehtiyac yoxdur … Adam burda özünü evindəki kimi hiss edir. Amma nə edim ki, illərdən bəri mənim yanımda olan, köməkçim Leyla Tofiq qızı Şeyxzadə etibarlı insanımdır. O, var, sanki anam sağdır. O var, sanki bütün dünya mənimlədir.Bir an belə özümü yalnız, kimsəsisz hiss etmirəm mən. Minnətdaram sənə, mənim əziz, doğma insanım …”big.az

  •  (2)
  •  (0)