Nüsrət müsəlmanları aldadıb?backend

Nüsrət müsəlmanları aldadıb?

Özünəməxsus formada duz səpmə hərəkətilə “Salt Bae” ləqəbini almış tanınmış aşpaz Nüsrət Gökçə məhkəməyə verilib.

Vaxtilə onun Nyu-Yorkdakı restoranında çalışan Angelo Maher və Elizabet Kruz aşpaza qarşı iddia qaldırıblar.

Onlar Latın Amerika mənşəli olduqları üçün ayrıseçkiliyə məruz qaldıqlarını bəyan ediblər.

Maher rəhbərliyin təkidilə ətin halal olmasıyla bağlı müştərilərə dəfələrlə yalan danışmalı olduğunu, Kruz isə az qala hər gün ondan qısa ətək və sinəsi açıq geyimdə işə gəlməsinin tələb edildiyini bildirib./Oxu.az

  •  (0)
  •  (0)