Novxanıdakı milyonluq sarayın sahibi tapıldı – VİDEObackend

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı – VİDEO

Son günlər insanlar Novxanıda heykəllər ilə bəzədilmiş evin şəkillərini çəkib paylaşırdı. Lakin heç kim evin kimə məxsus olduğunu bilmirdi. Bilmək istəyənlərin üzünə isə həmin evin qapısı açılmırdı.

Baku TV komandası da bu ev haqqında çəkiliş edib reportaj hazırlamaq istədi. Amma bu heç də asan olmadı. Nəhayət, evin sahibi Bəxtiyar bəy artıq öz evi haqqında olan söz-söhbətlərdən yorulduğunu qeyd edib ilk və son dəfə BakuTv-yə müsahibə verməyə qərar verdi.

Ev isə sözün əsl mənasında saraydı. Bura muzey də demək olar. Ən azından evdə bir tarix yatır, hansı ki dünyaca məşhur rəsm əsərləri ilə evi
bəzəyən Bəxtiyar bəy bunun da səbəblərini açıqladı.

Hər kəsə maraqlı olan Novxanıdakı heykəlli ev haqqında süjetə BakuTv-nin xüsusi buraxılışında baxa bilərsiniz.

  •  (2)
  •  (2)