“Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, az yazın də…“ – Afaq Bəşirqızıbackend

“Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, az yazın də…“ – Afaq Bəşirqızı

Bir müddət əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunan Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartalın vəziyyəti son günlər müzakirə mövzusuna çevrilib.

Sənətkarın kirayədə, ehtiyac içində yaşaması həm sənət dostları, həm də pərəstişkarları tərəfindən üzüntü ilə qarşılanır.

Bir neçə il öncə imkansız aktyorların yüksək maaş və evlə təmin olunması məsələsinə diqqət yetirilməsi üçün Prezidentə müraciəti ilə gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.

Hokm.az xəbər verir ki, yenisabah.az-a danışan aktrisa həmkarının durumuna laqeyd yanaşıb:

“Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?”

Qeyd edək ki, Əməkdar artist Milli Onkologiya Mərkəzində əməliyyat edilib. O, bağırsaq xərçəngindən əziyyət çəkir.

  •  (2)
  •  (10)