Novruz bayramından sonra TOYLAR KEÇİRİLƏ BİLƏR- AÇIQLAMAbackend

Novruz bayramından sonra TOYLAR KEÇİRİLƏ BİLƏR- AÇIQLAMA

Məlumdur ki, pandemiya səbəbilə toyların keçirilməsi artıq bir müddətdir ki, mümkün deyil. Mütəxəssislər toyların keçirilməsi ilə bağlı fərqli təkliflərlə çıxış edir, bunun yaz yazlarında mümkünləşə biləcəyini diqqətə çatdırırlar.

Bununla bağlı Sonxeber.az-a həkim Ədalət Rüsəm danışıb:

“Mənim fikrimə görə gündəlik olaraq virusa yoluxanların sayı ən azı 50 nəfərdən aşağı olsa, toylardan danışmaq olar. Yəni bu qeyd etdiyim saydan aşağ olsa, Novruz bayramından sonra toylara mütləq başlamaq olar. Qeyd edim ki, son bir ayda yoluxanların əksəriyyəti orta məktəb müəllimləridir. Bu o deməkdir ki, həmin toylara müəllimləri dəvət etmək məqsədəuyğun deyil.

Restoranlarda karantin qaydalarına mütləq əməl edilməsi lazımdır”.

  •  (0)
  •  (0)