“Novruz bayramından kəsib, 18 Oktyabrı bayram edək” – Milli Məclisdə müzakirəbackend

“Novruz bayramından kəsib, 18 Oktyabrı bayram edək” – Milli Məclisdə müzakirə

Deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında 18 oktyabr – Müstəqilliyinin bərpası gününün rəsmi bayram kimi qeyd olunmasının zəruriliyindən danışıb.

Millət vəkili deyib ki, 28 May – Müstəqillik Gününü bayram kimi qeyd ediriksə, 18 oktyabr da qeyri iş günü olmalıdır: “Əmək Məcəlləsində bu istiqamətdə dəyişiklik edilməlidir. Müstəqilliyin bərpası bizim üçün daha az əhəmiyyət daşıyır? Nə üçün bu günü bayram kimi qeyd etmirik?”

Deputat Əli Məsimli isə prezidentin 18 Oktyabrla bağlı imzaladığı sərəncamı xatırladaraq həmkarının təklifini dəstəkləyib:

“Müstəqillik haqqında qanun layihəsi parlamentə daxil olan kimi cəmiyyətdə müzakirələrə səbəb oldu. Biz ictimai rəydən çıxış edərək Müstəqillik Günü ilə Respublika Gününün bir-birini tamamlayan ifadələr kimi qarşı qarşıya qoyduq. Bundan başqa Müstəqillik Günü dövlət bayramı kimi qeyd olunursa müstəqilliyin bərpası da dövlət bayramı olmalıdır. Qeyri iş günlərinin sayının artırılması problemdirsə, Novruz bayramı üçün ayrılmış qeyri iş günü beş gün yox, dörd gün olsun”.

Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən bayram günü elan edilən 28 May – Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.sfera.az

  •  (0)
  •  (0)