​Novella Cəfəroğlu Həsənlinin qızını müdafiə etdi: Millət ayağa qalxıb, etiraz etməlidir!backend

​Novella Cəfəroğlu Həsənlinin qızını müdafiə etdi: Millət ayağa qalxıb, etiraz etməlidir!

İqtidarlı, müxalifətli hərkəsdən xahiş edirəm ki, bir-birinizi tənqid edin, təhqir yox.  Mübarizə düzgün aparılmalıdır, şəxsi həyatı bura daxil etmək olmaz. Bu, əxlaqsızlıqdır.

Bu sözləri Azadinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura sədri Cəmil Həsənlinin qızı ilə bağlı görüntülərin yayılması haqqında danışarkən deyib. O, görüntüləri yayan şəxsləri sərt tənqid edib:

“Cəmil Həsənlinin qızının intim videoları yayılıb. Hesab edirəm ki, bu, əxlaqsızlıqdır. Heç bir qanun haqq vermir ki, insanların şəxsi həyatı yayılsın. O xanım azad qadındır, onun şəxsi həyatı heç kimi narahat etməməlidir. Əxlaqsızlığın ən böyüyü bunu ortaya çıxarıb, yayan insanlardadır”.

O, iqtidar və müxalifət üzvlərinə müraciət edib:

“İqtidarlı, müxalifətli hərkəsdən xahiş edirəm ki, bir-birinizi tənqid edin, təhqir yox. İnsanı ailəsi ilə vurmaq, siyasi mübarizə deyil. Fərq etmir, istər müxalifət ol, istər iqtidar, bu formada insanı vurmaq olmaz. Avropada olanların da çoxu burada olan məmurların ailə işinə qarışırlar. Tənqid ayrı, ailə içi məsələlər ayrıdır. Heç bir tərəf ailə məsələlərini ortalığa atıb, bu alçaqlığı etməsinlər. İki tərəf üçün də bu alçaqlıqdır və buna son qoyulmalıdır”.

N. Cəfəroğlu bu cür hadisələrin qarşısını yalnız ictimai qınaqla almağın mümkün olduğunu qeyd edib:
“Bu insanlara cəza verməklə də məsələ qurtaran deyil. Heç cəza da verilməyəcək. Burada ictimai qınaq olmalı, millət ayağa qalxmalıdır.
Əgər hakimiyyətə gəlmək istəyirlərsə, bir-birilərini tənqid etsinlər. Daha bu cür yollara əl atmasınlar. Getsinlər Qarbağın bərpası ilə məşğil olsunlar”.

  •  (0)
  •  (0)